İsmayıllıya leysan və dolu yağıb - Faktiki hava 

17:43 02.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a bildirilib ki, saat 16:00-a olan məlumata əsasən Abşeron yarımadasının bəzi yerlərində, Altıağac, Xaltan, Qusaryasaq, Ləzə, Göygöl, Daşkəsən, Gədəbəy, Şamaxı, İsmayıllı, Qobustanda arabir yağış yağıb.

 

İsmayıllıda saat 15:00, 16:04 və 16:20 radələrində leysan yağış ilə birlikdə diametri 5 mm olan dolu yağıb.